Aparıcı İlqar Mikayıloğlu ötən gün helikopter qəzası nəticəsində şəhid olan pilot polkovnik Fizuli Cavadov barədə paylaşım edib.
OLAY yazır ki, Mikayıloğlu döyüş dostunu itirdiyini yazaraq onunla “WhatsApp” yazışmalarını yayıb:
“Şəhid Fizuli. Neçə uçuşda bir yerdə olmuşuq. Vertolyotçular zarafatla mənə Fizulinin şturmanı deyirdi. Müharibədə onun bort streloku olacaqdım. Sözləşmişdik. Amma o qəza nəticəsində şəhid oldu. Allah qəzada şəhid olan hərbçilərimizə rəhmət etsin. Allahdan yaralılara şəfa diləyirəm”.
Qeyd edək ki, ötən gün DSX-nin Mi-17 tipli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb və nəticədə 14 hərbi qulluqçumuz şəhid olub.