“Unudulmaz rəssam, unudulmaz insan, möhtəşəm filosof. Görünür, həyatda mənim çox bəxtim gətirib ki, 1960-cı illərin əvvəlindən başlayaraq biz ünsiyyətdə olmuşuq, çoxsaylı səfərlərdə olmuşuq, sovet dövründə, 1968-ci ildə Meksika kimi unikal ölkədə 20 gün bir yerdə olmuşuq. Bu, unudulmaz günlər idi. Həmin günlər həmişəlik yaddaşımızda qalıb”.
OLAY yazır ki, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu Tahir Salahovun xatirə gecəsi və onun əsərlərinin sərgisində çıxışı zamanı bildirib:
“Bu gün görkəmli rəssamın aramızda olmamasını təsəvvür etmək çətindir. Lakin onun əsərləri var. Allaha şükür, biz elə bir dövrdə yaşayırıq ki, video, foto, kino var. Bir insan, şəxsiyyət kimi onun xatirəsi həmişə bizimlə olacaq. Deyirlər insanı xatırlayırlarsa, deməli o yaşayır. Onu isə çox adam xatırlayır. Onun əsərləri əsasında Azərbaycan haqqında, Rusiya haqqında fikirlər yürüdəcəklər”.