Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva keçmiş həyat yoldaşı, aktyor Tolqa Karel ilə bağlı açıqlama verib. 

OLAY yazır ki, o, Karelin oğlu Cihangirlə maraqlanmadığını, zəng belə etmədiyini söyləyib:

“Alimenti keçdim, zəng edib uşağı ilə danışmır. Onun puluna ehtiyacımız yoxdur”.

Qeyd edək ki, aktyor 2016-cı ildə Sarah Skott adlı xanımla evlənərək ABŞ-a köçüb. Cütlüyün iki övladı var, üçüncü də dünyaya gələcək.