Olay
Olay

Reytinq siyahısını açıqladı - “Xəzər” geriləyir

Reytinq siyahısını açıqladı - “Xəzər” geriləyir

Aparıcı Turan İbrahimov sosial media hesabında televiziya reytinqlərinin siyahısını paylaşıb.

OLAY yazır ki, 19 noyabr məlumatına görə, siyahıda birinci ATV, ikinci Xəzər TV, üçüncü pillədə isə ARB TV qərarlaşıb. Sənətçi sıralamada yer alan kanallar barədə öz şərhini bildirib:

“Vaxtilə ölkə kanalları arasında 1 və 2-ci yerlər uğrunda mübarizə Xəzər TV və ATV arasında gedirdi. Həftənin müəyyən günləri “Xəzər”, digər günləri isə ATV birinci olurdu. Son telemövsümdə Xəzər TV xeyli geriləyib və artıq ikinciliyini qoruyub saxlamaq uğrunda çalışır. Səbəb isə həm də cəmiyyətimizin riyakarlığıdır. Xəzər TV-ni öndə edən konkret simalar idi. Xoşqədəm, Ay Zaur, Tolik və Sevil-Sevinc (adları insanların bu şəxsləri tanıdıqları şəkildə yazmışam). Sosial şəbəkələrin və bəzi “mütəxəsislərin”, bəlkə də öz standartlarının tələblərinə uyan “Xəzər”in yeni rəhbərliyi, dostlarımız müxtəlif səbəblərlə adıçəkilən simalarla yollarını ayırdı. Nəticə göz qabağındadır. Həmin simalar əsasən “ARB”yə keçiblər və yaxın aylarda “ARB”nin “Xəzər”i ikincilikdə də rahat qoymayacağından əminəm. Buradan həm də o nəticə çıxır ki, olduqca az tamaşaçı auditoriyası olan yerli TV-lərimizin tamaşaçıları ilə, sosial şəbəkə kontingentinin zövqü daban-dabana ziddir. Həmçinin, əksər şəxslər adətən real seçimlərini bu virtual məkanda gizlətməklə, həm də ikiüzlülük edirlər.

P.S: Məntiqsiz və qərəzli şəkildə bu reytinq nəticələrini inkar edənlərə isə sözüm odur ki, etməyin - eləməyin. Hələ ki əlimizdə bu var və kanalların hamısı bu nəticələrlə işləyir. Ölkənin TV reklam “piroq”u da məhz bu cədvəllərlə bölünür. Mənzərə isə belədir…”.