Olay
Olay

Yeni Bihter...

Yeni Bihter...

Farah Zeynep Abdullah “Aşkı memnu”nun film versiyasında rol alacaq.

OLAY yazır ki, o, Bihter obrazına həyat verəcək. Ekran işində hadisələr 1900-cü illərdə cərəyan edəcək. Dijital platformada yayımlanacaq film üçün başqa aktyorların seçim turuna başlanıb.

Qeyd edək ki, 2008-2010-cu illərdə izlənmə rekordları qıran serialda Bihter obrazına Beren Saat həyat vermişdi.

Onu da bildirək ki, “Aşkı Memnu” Halit Ziya Uşaklıgilin əsəridir. Əsərin ilk versiyası 1899-cu ildə “Servet-i Fünûn” dərgisində, daha sonra isə 1901-ci ildə kitab formasında təqdim olunub.

Serialın ilk versiyası isə 1975-ci ildə çəkilib. 1 sezon yayımlanan ekran işi 6 bölümdən ibarət olub. Həmin serialda Bihter obrazını isə Müjde Ar canlandırıb.