Türk aktyor Selçuk Yöntem “Hürriyet” qəzetinə müsahibə verib.
OLAY yazır ki, sənətçi 2008-2010-cu illər arası yayımlanan və baş rolu olduğu “Aşkı memnu” serialı haqqında da danışıb.
“12 il əvvəl bitmiş bir serial… Hər il 2-3 dəfə təkrarlanır və reytinqlərdə ilk 5-likdədir. Bu o deməkdir ki, nə geyimi, nə də dili köhnəlmir. “Aşkı memnu”da kim rol alıbsa, onun üçün ayrı bir yeri var. Çünki hər kəs bu serialdan sonra fərqli dəyərləndirildi”.