Olay
Olay

12 ildir unudulmayan Bihter!

12 ildir unudulmayan Bihter!

Bihter Ziyagilin ölümü 11 ildən sonra yenidən gündəmə gəlib.

OLAY yazır ki, türk serial tarixinin əfsanələrindən biri olan “Aşk-ı Memnu” illər keçməsinə baxmayaraq adından söz etdirməyə davam edir.

Beren Saatın canlandırdığı unudulmaz personaj Bihter Ziyagilin ölümü finaldan 12 il sonra yenidən “Twitter”də gündəmə olub.

Yasaq sevgisi ilə evlilik arasında qalan Bihter 24 iyun 2010-cu ildə yayımlanan möhtəşəm finalda Behlülün xəyanətinə intihar edərək cavab vermişdi. Obrazın ölüm ildönümü sosial mediada yenidən böyük əks-səda doğurub. Sevgisi uğrunda canından keçən gənc qadınla bağlı minlərlə paylaşım edilib.

Qeyd edək ki, Halit Ziya Uşaklıgilin eyniadlı əsəri əsasında çəkilən və hər bölümü ilə reytinq siyahılarını alt-üst edən serial öz ssenarisi, məkanları, geyimlər və cəsur səhnələri ilə də yaddaşlara həkk olunub.