Bir müddət öncə xəstəxanaya yerləşdirilən Əməkdar artist Elmira Əliyevanın səhhətindən xəbər var.
“Lalə” qızlar ansamblının solisti OLAY-a açqılamasında deyib ki, səhhəti bir qədər normallaşıb. Xanəndə bildirib ki, bazar ertəsi günü xəstəxanadan çıxarılmalı olsa da, oğlunun səyi nəticəsində bir neçə gün də 5 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunacaq:
“Çox əziyyət çəkirəm. Mənimlə maraqlanan olmadı. Ölə-ölə burada qalmışam. Heç nə etmədilər. Bəlkə üçüncü gün evə buraxıldım. Divarlardan tuta-tuta bir təhər yeriyirəm”.
Qeyd edək ki, sənətçi ürək çatışmazlığından əziyyət çəkir. Həmçinin onun allergiyası var, ayaqları şişib, hərəkət etməkdə çətinlik çəkir.