İncəsənət
İncəsənət

Vəziyyəti ağır olan Əməkdar artist kömək istəyir

Vəziyyəti ağır olan Əməkdar artist kömək istəyir

“Ürək çatışmazlığından əziyyət çəkirəm. Həm də allergiyam var, ayaqlarım şişib, gəzə bilmirəm”. 

Bu sözləri OLAY-a bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Əməkdar artist Elmira Əliyeva deyib. 

Səhhətində problem yaranan “Lalə” qızlar ansamblının solisti xəstəxanada ona yaxşı qulluq edilmədiyini, pis xidmət göstərildiyini iddia edib. Əməkdar artist eyni zamanda maddi çətinlik çəkdiyini də əlavə edib:

“İllərlə səhnədə olmuşam, 50 il ingilis dili müəllimi kimi işləmişəm. Milli Məclisin deputatları Qənirə Paşayeva, Bahar Muradovaya yazdım.

Fəxri ad vermədilər, Prezident təqaüdünə layiq görmədilər. 360 manat pul alıram. O da heç dərmanlarıma  çatmır. Xəstəxana xərclərini özüm ödəyirəm. Zülmlə dolanırıq. Kirayə qalmırıq, amma balaca otağımız var. Mənə kömək etsinlər. Çox çətinlik çəkirəm. Ev, təqaüd istəyirəm. Heç olmasa öləndə məni hörmətlə torpağa tapşırsınlar. Ölənə qədər yaxşı baxsınlar. Bir oğlum kafelərə mal paylayır, günə 10 manat qazanır.  Bilmir onu da mənə versin, yoxsa dərmanlara”.

Qeyd edək ki, xanəndə 5 saylı Şəhər Klinik Xəstəxanasında müalicə alır.

Samirə Ərəblinski