Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) “Üç Kuruş” serialını cərimələyib.
OLAY yazır ki, buna səbəb ekran işində vulqar sözlərin işlədilməsi, dava görüntülərinin ard-arda təqdim olunmasıdır.
Bir neçə gündür ekran işi ilə bağlı şikayətlər qəbul edən RTÜK yekun qərarını açıqlayıb və yayımçı Show TV-yə pul cəzası hökm edib.
Qeyd edək ki, sözügedən serial qaraçıların həyatından bəhs edir. Layihədə Nəsrin Cavadzadə, Uraz Kaygılaroğlu, Ekin Koç kimi simalar rol alır.