Olay
Olay

Azərbaycanlılara “Kelebek” verildi - Video

Azərbaycanlılara “Kelebek” verildi - Video

Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafatlandırma mərasimində ölkəmizi təmsil edən sənətçilər də yer alıb.

OLAY yazır ki, tədbirdə Azərbaycanın parlayan ulduzları qismində çıxış edən Ayaz Babayev, Nazryn və Turanə Hüseynlinin hər biri mükafata layiq görülüb.

“Altın Kelebey”i onlara daha əvvəl iki dəfə bu mükafata layiq görülən Xalq artisti Röya Ayxan təqdim edib.

Hər bir sənətçi çıxışları zamanı mükafata görə təşəkkürlərini bildirib. Daha sonra Nazryn və Ayaz öz mahnılarını “Altın Kelebek” səhnəsində səsləndirib.