Bu gün Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafatlandırma mərasimi keçirilir. 

OLAY yazır ki, 48-ci dəfə baş tutan tədbir “Kanal D” və “Teve 2”də birbaşa yayımlanır. 

Müxtəlif kateqoriyalar üzrə qaliblərin açıqlanacağı gecənin aparıcıları Cem DavranÇağla Şikeldir. 

Mərasimdə Azərbaycanın parlayan ulduzları qismində isə Ayaz Babayev, Nazryn, Turanə Hüseynli yer alır.

“Kelebek” mükafatları təqdim edildi - Yenilənib

***

“Ulduzu parlayanlar” ödülünə layiq görülən aktrisa Su Burcu Yazqı Coşkun qırmızı xalıda pozalar verib.

O, müsahibəsi zamanı “Çox xoşbəxtəm. Bunun xəyalını qururdum, gözlədiyim bir mükafat idi”, - deyə, bildirib.

“Kelebek” mükafatları təqdim edildi - Yenilənib

***

Xəzər TV-nin prodüseri Vüqar Şəfiyev “Altın Kelebek”lə bağlı paylaşım edib.

O, Afaq Gəncəli ilə birgə mərasimin qırmızı xalısında lentə alınan görüntüsünü instaqramda paylaşıb.

Qeyd edək ki, Gəncəli Azərbaycan yayımçısı olaraq Xəzər TV üçün efirə çıxacaq və gecədə baş verənləri təqdim edəcək.

“Kelebek” mükafatları təqdim edildi - Yenilənib

***

Petek Dinçöz mərasimə həyat yoldaşı Nida Büyükbayraktarla qatılıb.

İfaçı sinə dekolteli qırmızı libası ilə xüsusi diqqət çəkib.

“Kelebek” mükafatları təqdim edildi - Yenilənib

***

Tədbirdə “Ulduzu parlayanlar” kateqoriyası üzrə Nilsu Berfin Aktaş, Özgü Kaya, Su burcu Yazqı Coşkun, Taro Emir Tekin mükafat alıb. 

Onlara mükafatı aktrisa Demet Özdemir təqdim edib.

“Kelebek” mükafatları təqdim edildi - Yenilənib

 ***

“Ən yaxşı aktrisaPınar Deniz, “Ən yaxşı aktyor” nominasiyasının qalibi isə Kaan Urqancıoğlu seçilib. Onlara mükafatı məşhur prodüser Faruk Bayhan təqdim edib. Gecənin “Ən yaxşı serial”ı isə “Yargı” olub.

“Kelebek” mükafatları təqdim edildi - Yenilənib

***

Mərasim məşhur türk reper Sefonun ifası ilə davam edir.

“Kelebek” mükafatları təqdim edildi - Yenilənib

***

“Ən yaxşı komediya serialı aktrisası” Ezgi Mola, “Ən yaxşı komediya serialı aktyoru” Feyyaz Yiğit seçilib. Mükafatı onlara Yasemin Sakallıoğlu təqdim edib.  “Ən yaxşı komediya serialı” isə “Gibi” layihəsi olub.

“Kelebek” mükafatları təqdim edildi - Yenilənib

***

Tədbir 1990-cı illərin məşhur musiqi qruplarından olan və 31 il sonra bir araya gələn İzel-Çelik-Ercanın ifası ilə davam edir.

***

“Müge Anlı ile tatlı sert” ən yaxşı gündüz proqramı, Müge Anlı isə “Ən yaxşı qadın aparıcı” seçilib.

“Kelebek” mükafatları təqdim edildi - Yenilənib

 ***

“Ömürlük iftixar” mükafatı Emel Sayına verilib. Sənətçi özü mərasimə qatıla bilməsə də, videosu ekranda nümayiş olunub.

***

“Ən yaxşı kişi müğənni” Edis olub. O, beşinci dəfə “Altın Kelebey”ə layiq görüldüyünü deyib. “Ən yaxşı qadın müğənni” Zeynep Bastık seçilib. Mükafatı ona Bengü təqdim edib.

“Kelebek” mükafatları təqdim edildi - Yenilənib

***

“Ən yaxşı kişi aparıcı” nominasiyasının qalibi Kenan İmirzalıoğlu olub.

***

“Ən yaxşı arabesk musiqisi qadın sənətçisi” Ebru Yaşar seçilib. Ebru çıxışı zamanı ötən il də bu mükafata layiq görüldüyünü qeyd edib. “Ən yaxşı arabesk musiqisi kişi sənətçisi” isə Bilal Sonses olub.

“Kelebek” mükafatları təqdim edildi - Yenilənib

***

“Ən yaxşı uşaq aktrisa” mükafatı Azra Aksuya təqdim edilib.

***

“Ən yaxşı internet serialı” nomiyasiyasının qalibi “Dünyayla benim aramda” layihəsi olub.

“Kelebek” mükafatları təqdim edildi - Yenilənib

***

“Ən yaxşı rejissor” “Yarqı” serialının rejissoru Ali Bilgin seçilib.

***

“Ən yaxşı ssenari” “Yarqı”ya gedib. Ödül ssenarist Sema Ergenekona övladları tərəfindən təqdim edilib.

“Kelebek” mükafatları təqdim edildi - Yenilənib

***

“Ən yaxşı influenser və yutuber” mükafatı Ceyda Kasabalı Fırat Albayram cütlüyünə verilib.

“Kelebek” mükafatları təqdim edildi - Yenilənib

***

“Ən yaxşı internet layihəsi” Hasan Can Kayanın “Konuşanlar” proqramı olub. Mükafatı ona məşhur aparıcı Saba Tümer təqdim edib.

***

“Ən yaxşı serial cütlüyü” “Kardeşlerim”in aktyorları - Su Burcu Yazqı Coşkun, Onur Seyit Yarana verilib.

***

“Ən yaxşı yarışma” “MasterChef Türkiye” olub. Ödül proqramın aparıcılarına və yaradıcı heyətinə təqdim olunub.

***

“Ən yaxşı maqazin proqramı” “İkinci Sayfa” olub. Ödül aparıcılar Müge və Gülşenə təqdim edilib.

“Kelebek” mükafatları təqdim edildi - Yenilənib

***

“Uğur ödülü” Sibel Can, Hakan Altun və Hüsnü Şenlendiricinin yer aldığı “Şarkılar bizi söyler” proqramına gedib.

“Ən yaxşı romantik komediya serialı” “Aşk, mantık, intikam”a verilib. Ödülü serialın yaradıcısı Yağmur Ünala aktrisa Büşra Pekin tərəfindən təqdim edilib.

***

“Ən yaxşı romantik komediya serialı aktrisası” “Seversin” serialının baş rolu İlayda Alişana verilib.

“Kelebek” mükafatları təqdim edildi - Yenilənib

***

“Ən yaxşı romantik komediya serialı aktyoru” isə həmin ekran işinin digər baş rolu Burak Yörük olub.

***

Tədbirdə ötən bir ildə dünyasını dəyişən türk sənətçilərin xatirəsi yad edilir.

***

“Ən yaxşı xalq musiqisi qadın müğənni” Şevval Sam seçilib. O, gecədə ödül alan aktyor oğlu Taro Emir Tekindən danışıb. Həmçinin, Şevval mərhum müğənni, dostu Kazım Koyuncunu da yad edib.

“Kelebek” mükafatları təqdim edildi - Yenilənib

***

“Ən yaxşı xalq musiqisi kişi müğənni” isə Resul Dindar olub. O, mərasimə qatıla bilməsə də, video ilə onu mükafata layiq görən hər kəsə təşəkkür edib.

***

“Ən yaxşı reper” nominasiyası üzrə qalib Sefo olub.

“Kelebek” mükafatları təqdim edildi - Yenilənib

***

“Ən yaxşı idman verilişi” mükafatı “100% futbol” proqramına verilib. Mükafatı Acun Ilıcalı Rıdvan Dilmen və Murat Kosovaya təqdim edib.

“Kelebek” mükafatları təqdim edildi - Yenilənib

***

“Ən yaxşı çıxış edən mahnı” “İlin mahnısı” Köfnün “Bi tek ben anlarım”ı olub.

“Kelebek” mükafatları təqdim edildi - Yenilənib

 ***

Ən yaxşı musiqi qrupu” nominasiyasının qalibi “Dedublüman”dır.

***

Azərbaycanın parıldayan ulduzlarına mükafat vermək üçün Xalq artisti Röya Ayxan səhnədədir!

***

Azərbaycanın parıldayan ulduzlarına mükafatlar təqdim edilir.

“Kelebek” mükafatları təqdim edildi - Yenilənib

***

Nazryn, Turanə HüseynliAyaz Babayevə mükafatları təqdim edildi.

“Kelebek” mükafatları təqdim edildi - Yenilənib

***

Mükafatlandırma mərasimi sona çatıb. Ödül alan bütün sənətçilər səhnəyə çıxaraq tədbirin finalını edib.