Xalq artisti Brilliant Dadaşova 17 Noyabr Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib.
OLAY yazır ki, həmin gün yaşadıqlarını xatırlayan müğənni paylaşıma bu şərhi verib:
“Universitetdən birbaşa mitinqə getmişdik. Topxana meşəsini heç vaxt görməmişdim. Onun məhv edilməsinə görə, qəlbimdə bu qədər şiddət haradan idi anlamırdım. Universitetdən qovulmaqdan belə qorxmadan mitinqə qatılmaq, səsimizi ucaltmaq istəyi vətən sevgisindən irəli gəlirdi. Bu sevgi dünyaya bizimlə birgə gəlir”.