Olay
Olay

“Ona ömürlük cəza verilsin” – Nigar İmişlidəki cinayətdən yazdı

“Ona ömürlük cəza verilsin” – Nigar İmişlidəki cinayətdən yazdı

“Mən bilmirəm nə yazım, nə deyim. Dünəndən bəri 11 yaşlı qızın ögey atasından 7 aylıq hamilə olma xəbəri ağlımdan çıxmır. Necə ana olasan ki, buna göz yumasan? Necə şərəfsiz olasan ki, 11 yaşlı uşağa göz dikəsən. Hələ bu uşaq indi hamilə qalıb, Allah bilir illərdir bu təcavüzə məruz qalıb. Anası da susub...”.

OLAY yazır ki, bu sözləri müğənni Nigar Camal İnstaqramda ötən gündən ölkə gündəmini zəbt edən İmişlidə 11 yaşlı qızın atalığından övlad dünyaya gətirməsi ilə bağlı yazıb. O, azyaşlının anası Günay Şükürovanı günahlandırıb:

“Mənə çox maraqlıdır, ər, həyat yoldaşı, yanında hansısa kişinin olması, övladınızdan daha vacibdir? Axı bu insanlığın hansı səviyyəsidir? Bir qadın olaraq kişisiz ayaqda qalmaq çoxmu çətindir? Dəyərmiydi iki körpənin həyatını məhv etməyə?

Əziz qadınlar, əziz analar, övladlarınızı diqqətdən kənarda qoymayın, ən kiçik səhvlərində geri itələməyin. Onlarla dost olmağa, onları başa düşməyə çalışın. Hər şeyi qadağalarla, “olmaz”larla yox, daha şirin və yumuşaq dillə anlatmağa çalışın. Əminəm ki, işə yarayacaq.

Hüquq-mühafizə orqanlarından isə xahiş edirəm ki, bu körpənin cinayətində, həyatının məhv olmasında kimin əli varsa, cəzalandırılsın! Xüsusilə, bu “atalığ”a ömürlük cəza verilsin, necə ki, bu körpəyə ömürlük cəza verilib...”.

Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb.