Əməkdar artist Mətanət İsgəndərli gəlini Canananın iddialarına cavab verib.
OLAY yazır ki, o, keçmiş gəlininin “Uşaqlarla vaxt keçirmir. Onlar köməkçi ilə qalırlar” sözlərinə nəvələri ilə videosunu paylaşaraq cavab verib. O, paylaşıma bu şərhi yazıb:
“Böyük nəvəm Tuncay hər zaman mənimlə zarafat edir. Çünki mən onların “çəpəncə” nənələriyəm. Dünən nəvələrimlə sahil parkında gözəl bir gün keçirdik. Allah bütün balaları saxlasın”.
Qeyd edək ki, Əməkdar artistin oğlu Kərim və gəlini Canananın qəyyumluq məhkəməsi bir müddət əvvəl başa çatıb. Hakim uşaqların atada qalması qərarını verib.