Bu gün məşhur cütlük-aktyor Əmrah Dadaşov və aktrisa Asya Atakişiyevanın toyudur.
OLAY yazır ki, onların toy mərasimi paytaxtdakı restoranlardan birində keçirilir. Toyda Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artist Sənubər İsgəndərli, aktyor Murad İsmayıl və başqaları qonaq olublar.
Qeyd edək ki, 2019-cu ildə nişanlanan Əmrahla Asyanın toyu pandemiya dövrünə təsadüf etdiyi üçün təxirə salınmışdı.
Onu diqqətə çatdıraq ki, A.Atakişiyeva Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışır. İndiyədək “Həyat sən nə qəribəsən”, “Qayınana”, “Ata ocağı” kimi seriallarda rol alıb. Ə.Dadaşov isə Akademik Musiqili Teatrın aktyorudur. Prezident mükafatçısıdır.