İki tanınmış sima- aktyor Əmrah Dadaşov və aktrisa Asya Atakişiyevanın toyu yenə təxirə düşüb.
OLAY-ın əldə etdiyi məlumata görə, cütlüyün şad günü 2 ay sonraya ertələnib.
Qeyd edək ki, 2019-cu ildə nişanlanan Əmrahla Asyanın toyu pandemiya dövrünə təsadüf etdiyi üçün təxirə salınmışdı.
Xatırladaq ki, A.Atakişiyeva Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışır. İndiyədək “Həyat sən nə qəribəsən”, “Qayınana”, “Ata ocağı” kimi seriallarda rol alıb. Ə.Dadaşov isə Akademik Musiqili Teatrın aktyorudur. Prezident mükafatçısıdır.