İki tanınmış sima- aktyor Əmrah Dadaşov və aktrisa Asya Atakişiyevanın toy tarixi müəyyənləşib.
OLAY-ın əldə etdiyi məlumata görə, cütlüyün özəl günü noyabrın 15-də baş tutacaq.
Qeyd edək ki, 2019-cu ildə nişanlanan Əmrahla Asyanın toyu pandemiya dövrünə təsadüf etdiyi üçün təxirə salınmışdı.
Xatırladaq ki, A.Atakişiyeva Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışır. İndiyədək “Həyat sən nə qəribəsən”, “Qayınana”, “Ata ocağı” kimi seriallarda rol alıb. Ə.Dadaşov isə Akademik Musiqili Teatrın aktyorudur. Prezident mükafatçısıdır.