Müğənni Səidə Sultan fəxri ad davası edən Nadir Qafarzadəni müdafiə edib.
OLAY yazır ki, “Özəl Tube” proqramına qonaq olan sənətçi Nadirin haqlı olduğunu bildirib:
“Müğənnilər Nadirə yerli-yersiz söz dedilər. Çox nahaq! Biz Nadiri sakit tanımışıq? Emosional çıxış edir, haylı-küylü insandır. Onun bu sözlərinə münasibət bildirməməlidirlər. Nadir düz dedi. Özü bilər, ürəyi istəyirsə, dalaşa bilər. Öz haqqını istəyir. Hərənin bir cür xasiyyəti var. Guya mədəni olmaqla onlara fəxri ad veriləcək? Yeni ad alan heç kəsi də təbrik etmədim”.
Qeyd edək ki, N. Qafarzadə Elton Hüseynəliyev və Xəyyam Nisanova fəxr ad veriləndən sonra sosial media hesabında video paylaşmış, Azərbaycanda yaşadığı üçün utandığını bildirmişdi.