Əməkdar artist Xəyyam Nisanov ötən gün həmkarı Sevda Yahyayevanın toyunda görüntülənib.
OLAY-ın suallarını cavablandıran sənətçi bildirib ki, hələ də “Əməkdar artist” adına layiq görüldüyü üçün sevinc və fəxarət hissi yaşayır:
“Qürur hissi keçirirəm, o hisslər indiyədək var. Bütün həmkarlarıma fəxri ad almağı arzu edirəm”.
X.Nisanov Nadir Qafarzadənin fəxri ad almadığı üçün şikayətlənməsi ilə bağlı suala cavab verərkən ona söz atıb:
“Təbii ki, bu haqda heç bir şey danışmaq fikrində deyiləm, sadəcə öz vətəndaşlıq mövqeyimi söyləyə bilərəm. Mən bir yəhudi xalqının oğlu olaraq, bu ölkədə yaşayıb, boya-başa çatıb və Azərbaycan vətəndaşı olmağımdan çox böyük qürur hissi keçirirəm. Şəxsən mən, fəxr edirəm”.
Qeyd edək ki, N.Qafarzadə Elton Hüseynəliyev və Xəyyam Nisanova fəxr ad veriləndən sonra sosial media hesabında video paylaşmış, Azərbaycanda yaşadığı üçün utandığını bildirmişdi.
VİDEO: Nuran Məmmədov