Olay
Olay

Fatimənin “Nadir” dostluğu...

Fatimənin “Nadir” dostluğu...

Əməkdar artist Elton Hüseynəliyev fəxri ad alandan sonra ilk dəfə “Səhər Mərkəzi” proqramında qonaq olub.

OLAY yazır ki, veriliş zamanı sənət nümayəndələrinin ona təbrikinə də yer verilib. Ən diqqət çəkən çıxış isə rəqqasə Fatimə Fətəliyevanın olub.

Sənətçi Eltonu tərifləyərək, onun fəxri ad almasına mənfi reaksiya verən dostu Nadir Qafarzadəni tənqid edib:

“Eşidəndə çox sevindim. Zamanınız gələndə, siz də alacaqsız. Çıxıb özünüzü gülünc vəziyyətə qoyursuz. Ayıbdır, Elton sənətkardır. Gözəl səsi var. Heç kim heç nə deyə bilməz. O, almalıdır da”.

Qeyd edək ki, bir neçə gün öncə Prezident İlham Əliyevin sərəncamına əsasən müğənnilər Elton Hüseynəliyev və Xəyyam Nisanov “Əməkdar artist” fəxri adına layiq görülüblər. Həmkarları Nadir Qafarzadə isə onları təbrik etsə də, özünün fəxri ad almamasına kədərlənib.

Bundan əlavə, F. Fətəliyeva ilə Nadirin dostluğu uzun illər əvvələ dayanır.  Tərəflər bir-birinin özəl günlərində iştirak edib, hətta Qafarzadə rəqqasənin bir neçə layihəsində yer alıb.