Müsahibə
Müsahibə

“Yasak Elma”nın Enderindən özəl müsahibə!

“Yasak Elma”nın Enderindən özəl müsahibə!

“Yasak elma” serialının ulduzu, aktrisa və müğənni Şevval Sam Azərbaycana gəlib.

Bu gün “Şazeli”də səhnə alacaq olan sənətçi OLAY-a özəl müsahibə verib. Populyar sima deyib ki, bu, onun ölkəmizə ilk səfəridir:

“Bakıya birinci gəlişimdir. Gəzməyə çox vaxtım olmadı. Sabah da tezdən yola çıxacağam. Növbəti dəfə daha gözəl havada, uzun müddətlik gəlmək istəyirəm. Bu axşam da ürəkləri isidəcəyəm, hava pis olsa da, əhvalımız isti olsun.

Buradakı qızlar çox cəld idi. Məni 20 dəqiqədə hazırladılar. Əslində, həmişə səhnəyə özüm hazırlaşıram. Gördüm ki, buradakı qızlar çox peşəkardır, özümü onlara əmanət etdim”.

Azərbaycanlı müğənnilərdən söz açan Şevval deyib ki, daha çox keçmişdəki ifaçılarımızı bəyənir:

“Mən Azərbaycanın keçmiş müğənnilərini çox bəyənirəm. Hətta “Toprak kokusu” albomumda “Haradasan” və “Getmə” mahnılarını oxumuşdum. Anam (müğənni Leman Sam – red.) illərdir Azərbaycan mahnıları oxuyur. Bəlkə bu gün də bir sürpriz edib, sizin mahnılarınızdan birini səsləndirərəm”.

Ş. Sam “Yasak Elma”da canlandırdığı Ender obrazının izləyicilər tərəfindən sevilmə səbəbindən də danışıb:

“Ender bəlkə pis kimi görünür, amma yaxşı tərəfləri də var. Həyat kimidir, hər kəs mütləq yaxşı, ya da pis deyil. Onun da gülməli bəzi cəhətləri mövcuddur. Enderin həm də macəraları, bədən dili, danışıq tərzi, makiyajı, geyimi, insanlara qəribə gəlir. Sevilməsinə səbəb də budur. Ötən il çox yorulmuşduq, layihəni bitirmək istəyirdik. Belə bir qərar verib, davam etdik. Bu il isə  sonuncu sezondur. Yorulduq, yeni işlər görmək lazımdır”.

Aktyor oğlu Taro Emir Tekindən bəhs edən Şevval söyləyib ki, övladı ilə sevgilisinin evlilik planları haqda nəsə bilmir:

“Onlar nə vaxt istəsə, dəstək olacağam. Budəfəki “Altın Kelebek” mükafatlandırma mərasimi mənim üçün böyük gün idi. Aldığım ən böyük ödül oğluma layiq görülən mükafat idi. Sevgilisi Sofiya da çox şirindir, Sibirdəndir, rusdur. Onu qızımız olaraq qəbul etdik, çox sevirik”.

Sənətçi son olaraq deyib ki, növbəti il istirahət etmək istəyir:

“2022 işlərimlə bağlı çox məşğul keçdi. Gələn ilin isə bir hissəsində dincəlmək istəyirəm”.

Söhbətləşdi: Dilşad Bəhruzqızı

Video: Hüseyn Həsənov