Stilist Anar Ağakişiyevin başına iş gəlib.
OLAY yazır ki, o, avtomobilində Heydər Əliyev prospektində hərəkət edərkən qəza şəraiti ilə üzləşib.
Bu barədə instaqramda məlumat paylaşan Anar polisə müraciət edib:
“Qabağımda qəsdən 3 dəfə anidən tormoz verərək, qəza şəraiti törətdi. Görəsən nəyə və kimə belə güvənir? Zəhmət olmasa, nəzərə alın və tədbir görülsün”.