Müğənni Nura Suri Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
OLAY yazır ki, Zəfər Günü münasibətilə yazılan məktub President.az saytında yayımlanıb:
“Möhtərəm cənab Prezident,
8 Noyabr – Zəfər Günü xalqımızın tarixinin qızıl səhifəsidir. Bu münasibətilə Sizi və bütün xalqımızı səmimi-qəlbdən təbrik edir, Sizə və Zəfərin qazanılmasında şücaət göstərmiş Vətənin igid oğullarına dərin minnətdarlığımı bildirirəm.
Bu Qələbə Sizin rəhbərliyiniz, igid Azərbaycan Ordusunun, qəhrəman qazilərimizin və şəhidlərimizin fədakarlığı sayəsində qazanılmış böyük tarixi zəfərimizdir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!
Ölkəmizə daim sülh, güc və qalibiyyətlər arzulayıram.
Hörmətlə,
Aynurə Suri
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu”.