Video
Video

Ona hücum edən qadınla bu gün üzləşəcək

Ona hücum edən qadınla bu gün üzləşəcək

Ötən gün tanımadığı bir qadının hücumuna məruz qalan aktrisa Raksana İmir ekspertizaya göndərilib.

Sənətçi bununla bağlı OLAY-a məlumat verib. O bildirib ki, polis artıq müraciətinə baxıb:

“Bu gün gəldilər, ərizə götürdülər. Özümü pis hiss edirəm, dünəndən yatmamamışam. Şokdan ayıla bilmirəm. Xəsərat almışdım, ekspertizaya göndərdilər. Nəticəni bir neçə günə deyəcəklər. Bu gün saat 4-ün yarısı Baş İdarəyə yaxınlaşacam, həmin qadın da orada olacaq”.

Raksana həmçinin əlavə edib ki, sözügedən şəxslə eyni binada yaşasalar da, onun heç vaxt görməyib:

“Onu tanımıram, rastlaşmamışam ki, deyim, qərəzi var. Tanımadığım adam durduq yerə hücum edir. İnsanıq da, hamının başına gələ bilər, komendant deyib burada saxla, mən də elə etmişəm. Bunu demək olar ki, mənim yerimdir. Amma salam verməmiş, təhqirlər səsləndirdi. Tək mənə yox, anama-atama söyüşlər söydü. Buna görə də söhbətin axıra qədər gedəcəm”.

Qeyd edək ki, ötən gün Raksana instaqramda paylaşdığı videoda həmin hadisə ilə bağlı məlumat vermişdi. Aktrisa mühafizənin xəbərdarlığından sonra qaraja düşüb maşının yerini dəyişmək istədiyini, lakin xanımın ona hücum etdiyini, qoluna cırmaq atdığını və təhqirlər səsləndirdiyini bildirmişdi.