Türkiyənin məşhur müğənnisi Ajda Pekkan növbəti dəfə fotoşopsuz halı ilə gündəm olub.
OLAY yazır ki, onun konsert zamanı dinləyicilər tərəfindən çəkilən görüntüsü və bələdiyyə sədri ilə fotosu sosial şəbəkələrdə müzakirə yaradıb.
Hər zaman yaşına görə gənc göründüyü düşünülən Pekkanın video və şəkli maraqla qarşılanıb. Çoxu həmin kadrlarda Ajdanın öz yaşını göstərdiyini söyləyib.