Video
Video

Bakıda Hadise konserti

Bakıda Hadise konserti

Bir müddətdir şəxsi həyatı və konsertindəki göz yaşları ilə gündəmdən düşməyən müğənni Hadise Azərbaycanda solo konsert verib. 

OLAY yazır ki, məşhur sənətçi Bakı Konqres Mərkəzində pərəstişkarları qarşısında çıxış edib. 

Pop ulduz gecədə yeni və köhnə hitlərini səsləndirərək şou göstərib. 

Müğənni bu ilin mayında Kiprdəki konsertində istifadə etdiyi səhnə geyimi ilə azərbaycanlıların qarşısına çıxıb.

Hadisenin səhnədən görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Sözügedən kadrları təqdim edirik: