Rusiyanın Ukraynaya hücumundan sonra ölkəsini tərk edən SSRİ Xalq artisti Alla Puqaçovanın Rusiyada olduğunu əks etdirən görüntülər yayılıb.
OLAY yazır ki, kadrları sənətçinin dizayneri İqor Qulyayev sosial şəbəkədə paylaşıb.
Alla işlərini qaydasına salmaq üçün Moskvaya qayıtdığını bildirib.
Xatırladaq ki, Puqaçova şoumen həyat yoldaşı Maksim Qalkin və uşaqları ilə birlikdə 6 ay öncə İsrailə, daha sonra isə Latviyada köçüb.