Olay
Olay

Ukrayna Qalkini “qara siyahı”dan çıxartdı

Ukrayna Qalkini “qara siyahı”dan çıxartdı

Rusiyanı tərk edən və hazırda İsraildə yaşayan komediya aktyoru, aparıcı Maksim Qalkin Ukraynanın “qara siyahı”sından çıxarılıb.

OLAY yazır ki, bu barədə ölkənin Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin saytında məlumat verilib.

Qeyd edək ki, M. Qalkin 2021-ci ilin noyabrında Ukraynanın milli təhlükəsizliyinə təhdid elan edilib.  Yumoristin ölkəyə girişi qadağan edilib, onun yer aldığı filmlər televiziyalardan götürülüb.

Xatırladaq ki, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra komediya aktyoru həyat yoldaşı Alla Puqaçova və uşaqları ilə Rusiya Federasiyasını tərk edərək İsrailə köçüb.

M.Qalkin sərt anti-müharibə mövqeyi ilə çıxış edir. O, İsraildə konsert turundan əldə etdiyi gəlirlə ukraynalı qaçqınların ehtiyaclarını qarşılayacaq.