Fotosessiya
Fotosessiya

Alla Puqaçova Rusiyadan qaçıb

Alla Puqaçova Rusiyadan qaçıb

Rusiyanın Xalq artisti Alla Puqaçova və aparıcı həyət yoldaşı Maksim Qalkin övladları ilə birgə Rusiyanı tərk edib.  

OLAY yazır ki, bu barədə şahidlər “Nemalaxov” telegram kanalına bildiriblər.

Qeyd olunub ki, Puqaçova Rusiyadakı qeyri-sabit vəziyyətdə gözlənilmədən Moskvadakı “Vnukovo-3” hava limanından şəxsi təyyarəsi ilə ayrılıb.

Eyni zamanda, Maksim və Alla sosial şəbəkələrdə fəaliyyətini dondurub, müharibə barədə heç bir şərh vermirlər. 

Həmçinin məlumdur ki, cütlüyün Kiprdə mənzilləri var. Məşhur ailənin müvəqqəti olaraq ora köçdüyü təxmin edilir.