Video
Video

“Çox sağ ol deyirdi, qızlar əriyirdi”

“Çox sağ ol deyirdi, qızlar əriyirdi”

Aparıcı Ülvira Qarayeva mərhum Xalq artisti Rafael Dadaşovla bağlı maraqlı açıqlama verib.

OLAY yazır ki, bu barədə o, TikTok canlısında danışıb.

Ülvira aktyorun son günlərindən bəhs edib:

“Deyirlər, Alen Delona oxşayırdı. Amma Alen Delonun indiki halına baxırsan, üzü çöküb, qırışıb. Rafael Dadaşovda bir nur var idi. Ağır xəstəlikdən əziyyət çəkirdi. Mən onu ziyarətə getmişdim. Bütün Azərbaycan tanıyırdı onu, lakin tibb işçilərinə elə xoş davranırdı. Ona xanımlar qulluq edirdi.  Onlara “Qızım” deyə səslənirdi. Deyirdi, ay qızım, çox sağ ol. Baxırdın ki, qız “əriyib”. Çox maraqlı aurası var idi. Özü də isti adam idi”.