WOW
WOW

“Deyir ki, ruhun mənə bağlıdır” - Bıçaqla Hüseynin evinə hücum etdi

“Deyir ki, ruhun mənə bağlıdır” - Bıçaqla Hüseynin evinə hücum etdi

Bloger Hüseyn Həsənovun başına qəribə hadisə gəlib.

OLAY yazır ki, bu barədə Hüseyn özü məlumat yayıb. O bildirib ki, tanımadığı bir qadın tərəfindən narahat edilir.

Sözügedən şəxs Hüseynin ruhunun ona bağlı olduğunu söyləyir. Video paylaşan Həsənov həmin qadının evinə qədər gələrək onu narahat etdiyini, sonda polis çağırmaq məcburiyyətində qaldığını bildirib:

“O deyir ki, sən özünə sevgili tapa bilmirsən, çünki ruhun hələ də mənə bağlıdır. Məndən tələb edir ki, başqa birini tapım və əgər bunu etməsəm, məni öldürməklə hədələyir. Təkrar edirəm, onun kim olduğunu bilmirəm və bu uşaqların bütün bunlara şahid olması məni çox qorxudur. Əgər bunu onun qohumlarından kimsə oxuyursa və onun olduğunu başa düşmüsünüzsə, zəhmət olmasa onu klinikaya aparın — onun köməyə ehtiyacı var. Və bu, hər gün belə davam edir... Burada o, hansısa cəfəngiyyatı yazır və deyir ki, mən sənə bıçaqla gələcəm. Bütün dostlarıma yazır. Deyir,  ki, “Qoy Hüseyn məndən əl çəksin, o mənim ruhumdadır”. Mən heç nə başa düşmürəm”.