Türkiyənin məşhur sənətçisi Hülya Avşar yeni klipi ilə gündəm olub.
OLAY yazır ki, Hülya “Yapma Aşkım” adlı yeni klipindən bir hissəni instaqramda sevənləri ilə bölüşüb.
Görüntülərdə diqqət çəkən məqamlardan biri isə Avşarın çeynədiyi saqqızı ağzından çıxararaq sinəsinə yapışdırması olub.
Onun bu hərəkəti sosial şəbəkədə birmənalı qarşılanmayıb.
Qeyd edək ki, klipin rejissorluğunu da elə müğənni özü edib.
Sözügedən paylaşımı təqdim edirik: