Olay
Olay

Qırmızı xalçaya damğa vuranlar...

Qırmızı xalçaya damğa vuranlar...

Amerika Musiqi Mükafatlarının növbəti gecəsi Kardi Binin bir-birindən fərqli libaslarda təqdim etdiyi Los-Ancelesdə gerçəkləşib.

OLAY yazır ki, tədbirdə Olivia Radriqo, Bed Banni, BTS, Koldpley, Cennifer Lope və Silk Lopez perfomans göstərib.

Olivia Radriqo gecədə “İlin yeni sənətçisi” mükafatlarını alıb. BTS “İlin sənətçisi”, Lil Nas İks “Call me by your name” videosu ilə “İlin klipi” mükafatının sahibi olub.

Doca Ket və SZA-nın “Kiss me more” mahnısı “İlin əməkdaşlığı”, Teylor Svift “İlin qadın pop sənətçisi”, Ed Şiran “İlin kişi pop sənətçisi”, BTS “Favorit qrup” seçilib.

Gecədə xeyli sayda sənətçi mükafatlara layiq görülüb.

Məşhur rəsmi hissədən əvvəl qırmızı xalça keçidində yer alıblar.  Bir-birindən fərqlənməyə çalışan ulduzlar kameralara poza verib, KİV-in suallarını cavablandırıblar.