Əməkdar artist Mehriban Xanlarova bir neçə gün əvvəl şəhid olan Azərbaycan ordusunun əsgəri Samir Xudiyevin məzarını ziyarət edib.
OLAY yazır ki, bu barədə sənətçi instaqram hesabında video paylaşıb.
Aktrisa paylaşıma bu sözləri yazıb:
“Bioloji övlad sahibi ola bilməsəm də, hər zaman vətənimin bütün gənclərini özümə oğul və qız bilmişəm. Hər dəfə şəhid xəbəri gələndə ürəyim parçalanır. Günlərdir şəhid Samir Xudiyevin şəklini sosial şəbəkələrdə görürdüm və onun üzündə olan uşaq məsumluğu mənə çox pis təsir edirdi. Bu səbəbdən hüzür mərasimində iştirak etməyi, məzarını ziyarət etməyi özümə borcu bildim. Ən əsası isə sənətkar əl çatmaz zirvədə dayanmaq əvəzinə, xalqının yanında olmalıdır! Məzarını ziyarət edərkən ürəyimdə dedim ki, kaş belə tanış olmaq yerinə, toyuna gələrdim... Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Qeyd edək ki, 2003 təvəllüdlü Samir Xudiyev Laçında üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olub.