Hollivud ulduzu Uill Smit martda “Oscar” kino mükafatının mərasimində yaşanan hadisəyə görə üzr istəyib.
OLAY yazır ki, o, tədbirin aparıcısı aktyor Kris Roka şillə vurduğuna görə peşman olub və bununla bağlı video çəkib.
Sənətçi öz davranışının yolverilməz olduğunu, Krislə əlaqə yaratmaq istədiyini bildirib. Lakin Rok onla danışmaqdan imtina edib və hazır olmadığını deyib.
Qeyd edək ki, sözügedən hadisə Los-Ancelesdə “Oscar” mükafatlarının təqdim edilməsi zamanı baş verib. Belə ki, K. Rok Uill Smitin alopesiyadan (keçəlləşmə xəstəliyi) əziyyət çəkən xanımı Cada Pikett Smitə “G.I Jane 2” (Əsgər bir qadının həyatından bəhs edən film - red) deyə səslənib.