Məşhur türk aktrisa Türkan Şoray və müğənni Cahit Berkayın qatıldığı “Gemlik” film festivalında maraqlı anlar yaşanıb.
OLAY yazır ki, C. Berkay “Yeşilçam”ın ulduzuna 45 ildən sonra səhnədə eşq etirafı edib.
Sənətçi bildirib ki, ona hər zaman “Selvi boylum, al yazmalım” filminin musiqisini necə ifa etməsi barədə sual verirlər:
“Məndən hər o zaman o musiqini hansı hisslərlə oxuduğumu soruşurlar. Sevgi hissi ilə. Türkan Şorayı sevirdim”.