Türkiyənin ustad aktyorları Türkan Şoray və Kadir İnanır uzun müddətdən sonra ilk dəfə bir araya gəlir.
OLAY yazır ki, “Yeşilçam” ulduzları Eskişehirdeki Yazı Muzeyinin açılışına qatılacaqlar. Kino ulduzlarının mumdan heykəlləri də hazırlanacaq. Sənətkarların heykəlləri tamamlandıqdan sonra Yılmaz Büyükerşen Mum Heykəllər Muzeyində sərgilənəcək.
Qeyd edək ki, “Yeşilçam”ın sevgi filmlərində ən uyğun cütlük kimi göstərilən Türkan Şoray və Kadir İnanır 11 filmdə kamera qarşısına keçib. Onlar ilk dəfə 1971-ci ildə Atıf Yılmazın “Qara gözlər” filmində birlikdə rol alıb. Ustad sənətkarlar sonuncu dəfə 2003-cü ildə “Məktub göndər”də kino ekranında birlikdə görünüblər.