Video
Video

İran TIR-ına yazılan cərimə Fəridin maşınına gəldi

İran TIR-ına yazılan cərimə Fəridin maşınına gəldi

İran dövlət qeydiyyat nişanına məxsus beynəlxalq yükdaşıma TIR-ına yazılan cərimələr aparıcı Fərid Rəsula məxsus avtomobilə gəlib.

OLAY yazır ki, bu barədə F. Rəsul feysbuk hesabında məlumat verib. O, fəaliyyət göstərdiyi şirkətin tabeliyində olan “KİA” markalı, 47 AA 105 dövlət qeydiyyat nişanlı avtomobilə Dövlət Yol Polisinin qanunsuz cərimələr yazması haqda öz şikayətini bildirib.

Aparıcı qeyd edib ki,  eyni nömrə ilə İrana məxsus  TIR da fəaliyyət göstərir. Lakin cərimə dəfələrlə ona gəlib:

“Artıq bezmişik. Bu TIR hər dəfə Azərbaycana gələndə eyni dövlət qeydiyyat nişanı olduğu üçün radarlar hamısı bizə gəlir. Gərək hər dəfə məktub yazaq?”.