Video
Video

Coni Bakıda “Sən şamsan əgər” oxudu

Coni Bakıda “Sən şamsan əgər” oxudu

Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) Bakıda konsert verib. 

OLAY yazır ki, o, “Sea Breeze Summer Live” beynəlxalq musiqi festivalı çərçivəsində səhnə alıb. 

Xitə çevrilən mahnılarını səsləndirən Coni azərbaycanca da oxuyub. Belə ki, o, dillər əzbəri olan “Sən şamsan əgər” mahnısını ifa edib. 

İfaçı sözügedən bəstəni konsertdə oxumaq üçün hazırladığını deyib: “Hətta təyyarədə də rus dilinə tərcümə etdim”.

Qeyd edək ki, həmin mahnını daha əvvəl mərhum Əməkdar artist Baloğlan Əşrəfov, Xanhüseyn Hüseynov, Manaf Ağayev kimi müğənnilər səsləndirib.