Video
Video

DİN Nicatın xəstəxanada qarət olunan atasının işini nəzarətə götürdü

DİN Nicatın xəstəxanada qarət olunan atasının işini nəzarətə götürdü

Daxili İşlər Nazirliyi müğənni Nicat Məhərrəmovun koronavirusa yoluxan atasının qarət olunması məsələsini nəzarətə götürüb.

Bu barədə OLAY-a sənətçinin özü məlumat verib. Nicat qeyd edib ki, atası Nazim Məhərrəmovun şəxsi əşyalarından bir neçəsi tapılıb:

“DİN hadisə ilə dərindən maraqlanır. Hətta bir neçə əşya tapılıb. Oğurlanan pulun miqdarı çox deyil, orta bir rəqəmdir. Həm də saatını, sənədləri oğurlamışdılar. İndi saatını və bank kartlarını tapıblar. Saat 500 manat dəyərində idi. Dedilər ki, xəstəxananın qiymətli əşyalar şöbəsindən tapılıb”.

Xatırladaq ki, müğənni bir neçə gün öncə video müraciət yayaraq atasının əşyalarının FHN-nin modul tipli xəstəxanasından oğurlandığını demişdi.