Aparıcı və aktyor İlkin Həsəni Bakıda müşayiət olunan əlverişsiz hava şəraiti ilə bağlı paylaşım edib.
OLAY yazır ki, televiziya ulduzu avtomobilindən gecədən səhərə kimi yağan aramsız yağışlar nəticəsində Xətai metrosu tərəfində yollarda yaranmış nəhəng gölməçələri çəkərək instaqram səhifəsində yayımlayıb .
Görüntülərdə yağış sularının yollarda tıxaca səbəb olması və bunun nəticəsi olaraq sürücülərə çətinlik yaratdığı əks olunub.
Həsəni sözügedən paylaşımına “Siz tərəfdə vəziyyət necədir?” şərh yazaraq izləyicilərinə səslənib.