“Benidorm Fest” mili seçim turunda qalib gəldiyi gündən İspaniya gündəmindən düşməyən Chanel bu dəfə “SloMo” mahnısının sözləri ilə tənqid hədəfi olub.
OLAY yazır ki, bu yaxınlarda İspaniya Sosialist İşçi Partiyasından (PSOE) olan millət vəkili Lidia Guinart bəstənin fahişəliyi təbliğ etdiyi üçün dövlət kanalı RTVE-yə şikayətçi olub.
Deputatın sözlərinə görə, qadın bədənlərinin əmtəələşməsinin normallaşdırılması xoş deyil və təcili tədbir görülməlidir.
Bundan əlavə, o, mahnının mövzusunu “Şəkər atası” təcrübəsinə bənzədib, yəni kişilər özlərindən kiçik biri ilə romantik və ya cinsi əlaqədə olmaq üçün pul xərcləyirlər. Bu səbəbdən musiqinin sözlərinin dəyişdirilməsi tələb olunur.