Video
Video

Sevgilisini Moskvada qoyan Timati uşaqları ilə Əbu-Dabiyə tətilə getdi

Sevgilisini Moskvada qoyan Timati uşaqları ilə Əbu-Dabiyə tətilə getdi

Rusiyalı reper Timati (əsl adı - Timur Yunusov) və onun keçmiş sevgilisi, uşağının anası Anastasiya Reşetova Əbu-Dabiyə yollanıblar.

OLAY yazır ki,  cütlük orada fəaliyyət göstərən və minlərlə tursitin axın etdiyi yerli sörf mərkəzindəki əyləncələrinin görüntülərini instaqram səhifələrində izləyiciləri ilə bölüşüb.

29 yaşlı Reşetova 41 yaşlı reperin süni dalğada sörfinq etdiyini lentə alıb. Onların ortaq oğlu, beş yaşlı Ratmirin səsi pərdə arxasında eşidilib. 

Timatinin hazırkı sevgilisi, 31 yaşlı model Valentina İvanova isə Moskvada qalıb.

Qeyd edək ki, Anastasiya Reşetova və Timati beş il görüşüb və 2020-ci ildə ayrılıb. Reperin model Alena Şişkova ilə münasibətindən 11 yaşlı Alisa adlı qızı da var. Timati təxminən üç ildir ki, İvanova ilə görüşür.