Rəqqasə Fatimə Fətəliyeva qızı Aytacla bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi övladının ad günü olduğunu qeyd edəərk bunları yazıb:

“Canım qızım, bu gün artıq 30 yaşın olur… İnanmaq olmur ki, gənc yaşımda məni ana edən, həyatımın mənasını dəyişən o balaca qız artıq özü iki övlad anasıdır. İllər necə də sürətlə keçdi… Dünən kimi yadımda qalıb ilk addımların, ilk sözlərin, ilk gülüşün.
Bu gün isə qarşımda güclü, mərd, zəkalı, gözəl bir qadın dayanır – həm övladlarına, həm ailəsinə, həm də ətrafına nur saçan bir insan. Sən mənim fəxrimsən, qızım. Hər uğurunda qəlbim daha da böyüyür, hər xoşbəxtliyində mən də bir daha xoşbəxt oluram. Allah sənə uzun ömür, sağlamlıq, ruzi-bərəkət, ailənlə birlikdə gözəl günlər qismət etsin. 30 yaşın mübarək, canım qızım. Həyatın hər günü ilk günkü kimi sevinclə, ümidlə, sevgi ilə dolu olsun. Sən həmişə mənim kiçik qızım olaraq qalacaqsan”.

Fatimə qızının fotosunu paylaşdı