Müğənni Sevda Yahyayeva qızı Aida ilə bağlı diqqət çəkən paylaşım edib.
OLAY yazır ki, sənətçi övladının ilk addımlarını instaqram səhifəsində yayımlayıb.
Görüntülərdə Aidanın parkların birində sərbəst şəkildə addım atması əks olunub.
Yahyayeva sözügedən kadrlara “Aidadın ilk addımları” şərhini yazıb.
Videoda Sevda qızının üzünü gizlədib.
Qeyd edək ki, həkim – genetik Zakir Bayramovla ailəli olan Sevdanın Aidadan savayı Ayla adlı daha bir qız övladı da var.