Video
Video

“Xankəndi, səni görmək ən böyük bayramdır”

“Xankəndi, səni görmək ən böyük bayramdır”

Xalq artisti Tünzalə Ağayeva Qarabağımızın ən zəngin və dilbər güşələrindən olan Xankəndiyə yollanıb.

OLAY yazır ki, Novruz bayramının – “İlaxır çərşənbə”yə həsr olunan tədbirdə sənətçi sevilən mahnılarını ifa edib.

İlk dəfədir Xankəndiyə gedən Ağayeva sevinc hisslərini bu sözlərlə bölüşüb: 

“İlaxır çərşənbəmiz, Novruzumuz xeyirli olsun. Novruz xeyir, bərəkət, sağlıq gətirsin. Bu, həyatımın ilk səfəri idi Xankəndiyə və məhz belə bir gündə burada səhnə almaq məni çox gürurlandırdı. Xankəndi, səni görmək ən böyük bayramdır”.