29 yaşlı aktyor Timoti Şalame və sevgilisi Kayli Cenner Kaliforniyada keçirilən “BNP Paribas Open” tennis turnirində birlikdə görüntüləniblər.
OLAY yazır ki, Kayli hamının gözü qarşısında Timotinin üzündən tutaraq onun dodaqlarından öpüb.
Şalame tədbir üçün mavi və ağ zolaqlı düyməli köynək və qara dəri şalvar seçib. 27 yaşlı Kayli dərin dekolteli qırmızı top və ağ şalvar geyinib.
Xatırladaq ki, Kayli Cenner və Timoti Şalame 2023-cü ildə görüşməyə başlayıblar. Bir müddət münasibətlərini gizlətsələr də, lakin sonradan birlikdə ictimaiyyətə görünməyə başlayıb. Kaylinin Trevis Skottdan yeddi yaşlı qızı və üç yaşlı oğlu var. Cennerlə münasibətindən əvvəl Timoti Lili-Roz Depp, Madonnanın qızı Lourdes Leon və meksikalı aktrisa Eiza Qonzales ilə münasibətdə olub.