Əməkdar artist Almaz Ələsgərova nəvəsi Səidlə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi nəvəsinin doğum günü olduğunu vurğulayıb.
İnstaqram səhifəsində nəvəsinin görüntülərini yayımlayan Almaz “Nənənin ürəyi, ağıllı balam Səid, bu gün sənin 5 yaşın tamam olur. Elə bil dünən doğulmuşdun. Bu gün 5 yaş yübileyindir. Allaha şükürlər olsun səni bizim ailəmizə bəxş etdiyi ücün. Sənə uzun və xoşbəxt ömür arzulayıram, üzün bu şəkillərdəki kimi daim gülsün, atalı, analı, xoşbəxt böyü gözəl oğlum, mənim şirin nəvəm. Bu gün yanında olmasam da ürəyim sizin, sənin yanındadır”, şərhi ilə onu təbrik edib.
Qeyd edək ki, Səid ifaçının qızı Mədinənin övladıdır. Mədinə hazırda ailəsi ilə birlikdə İsveçdə yaşayır. Onun daha iki övladı var. A.Ələsgərovanın Əminə adlı daha bir qızı var.