Şairə Nazilə Səfərli Yasamaldakı yanğında həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin dəfn mərasimindən video paylaşıb.

OLAY yazır ki, Nazilə dostunun vidasından paylaşdığı kadrlara bu sözləri yazıb:

“Bu da sənin sön mənzilin. Vəfalı dostum,xeyirxah dostum Könül. Özü kirayədə qalıb, amma yaşlı üç qadını himayəsinə götürmüşdü. İyirmi beş yaşlı qızı hələ də ağır olaraq reanimasiyada həyat uğruna mübarizə aparır. Allahın rəhmi gəlsin…

Könül bütün milli bayramlarımızda əksər xalq, əməkdar artistləri ən kübar milli geyimlərlə təmin edib. Qarabağda festivallarda, xarici və ölkə sərgilərində gördüyünüz əksər milli geyimlər Könülün imzası idi. Onun paltarları geyim olmaqdan çıxmışdı, əsər idi. Təəssüf hissi ilə qeyd edirəm ki, mədəniyyət nümayəndələri ,media nümayəndələri dəfnə gəlmədilər. Milli bayramlar, dövlət tədbirləri yenə gələcək, hamı Könül axtaracaq. Onda anlayacaqsınız, Könül sizin üçün kim olub… On beş illik dostumu itirdim. Çox pisəm”.